Qadin.NET / "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi

"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram:
1. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin;
2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".

Mənbə: Milli.Az

 

27 yanvar 2015
GO BACK