Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin fevralın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanuna əsasən, əmtəənin qiymətinin dəyişməsi barədə reklam aparılarkən orada bır sıra məlumatlar qeyd edilməlidir.Yeni layihəyə əsasən, kampaniya aparılarkən qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti və yeri, qiyməti dəyişdirilən əmtəələrin nomenklaturası reklamda göstərilməlidir. Bundan əlavə, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi qeyd edilməlidir.
Layihədə qeyd edilir ki, əmtəə satışını stimullaşdıran tədbirlərin reklamında müəyyən əmtəəni alana hədiyyə qismində alkoqollu içkilərin, tütün və tütün məmulatlarının, habelə bu məhsulları alana başqa əmtəələrin təklif edilməsi qadağan edilir.
Mənbə: Milli.Az