Qadin.NET / Türkiyədən bizə başsağlığı

Türkiyədən bizə başsağlığı

 

Türkiyədən bizə başsağlığı

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun təmas xəttində baş verən hadisələrlə bağlı Azərbaycan xalqına başsağlığı verib.ANS PRESS-in məlumatına görə, səfir bu barədə öz Twitter səhifəsində yazıb.
"Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm", - deyə səfir qeyd edib.
Qeyd edək ki, bu gün düşmənin xüsusi təyinatlı kəşfiyyat-təxribat qrupunun hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.
Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb. 
Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var. 
Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir.

 

Mənbə: ANS PRESS

26 yanvar 2015
GO BACK