Ermənistanda vəziyyət yenidən qarışıb. Hakimiyyət Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb.ANS PRESS-in məlumatına görə, bu gün İrəvanda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən ticarətçilər etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.
Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
Mənbə: ANS PRESS