Qadin.NET / Qadağan edilən ad

Qadağan edilən ad

 

Trend-in Türkiyənin İHA agentliyinə istinadən verdiyi məlumata əsasən, məhkəmə son dövrlər yeni doğulan körpələrə verilən Nutella adını qida markası olması səbəbindən qadağan edib.Məlumata görə, ötən ilin sentyabr ayında dünyaya gələn körpələrinə Nutella adını verən ailəyə uşağın adının dəyişdirilməsi təklif olunub. Bununla əlaqədar uşağın adı dəyişdirilərək ona Ella adı verilib.Məhkəmənin qərarında deyilir ki, belə adların verilməsi uşaqların qondarma adlarla çağırılmasına əsas yaradır.

Mənbə: Milli.Az

 

27 yanvar 2015
GO BACK