Qadin.NET / Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı

Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəriMüşfiq Əmirov APA-ya bildirib ki, nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox - düz 56 557 nəfərdir.Digər soyadlar üzrə abunəçi sayı aşağıdakı kimidir:Əliyev 43 258, Məmmədova 29 287, Hüseynov 27 047, Əliyeva 22 947, Həsənov 21 092, Quliyev 20 014, İsmayılov 15 572, Əhmədov 14 903, Hüseynova 14 386, Abdullayev 13 227, Abbasov 12 550, Cəfərov 11 411.Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.

Mənbə: Milli.Az

 

27 yanvar 2015
GO BACK