El TV (Region TV) xəbər verir ki, Göyçayda tikintisində ən çox bişmiş kərpic və yumurta sarısından istifadə olunan məscidin inşasına 1898-ci ildə başlanılıb. Çin üslubunda tikilən məscid 4 il sonra 1902-ci ildə istifadəyə verilib. İki mərtəbədən ibarət olan məscidin memarı Zivər bəy Əhmədbəyov olub. Deyilənə görə, məsciddə kərpiclər 124 min peyğəmbərin sayına uyğundur. Tikilinin inşası zamanı ustalar dəstəmaz almadan işə başlamayıblar. 306 kvadrat metr ərazini əhatə edən məscidin birinci mərtəbəsində 350-yə yaxın kişi, ikinci mərtəbəsində isə 100-ə yaxın qadın eyni zamanda namaz qıla bilər. XIX əsrin yadigarı olan məscid 2011-ci ildə müasir standartlara uyğun istilik sistemi ilə də təmin edilib.
Mənbə: Milli.Az