Mərkəzi Amerikanın ən təhlükəli və aktiv vulkanı püskürməyə davam edir. Meksikanın paytaxtı Mexikodan 480 km qərbdə yerləşən Kolima vulkanının püskürdüyü tüstü və kül buludu 9 kilometrdən də yüksəyə qalxıb.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Kolima ştatının qubernatoru Mario Anqianonun dediyinə görə, vulkanın püskürməsi nəticəsində tələfat və dağıntı yoxdur.
Ştatın bir sıra şəhərlərinin küçələri, evləri küllə örtülüb.
Vulkanın yaxınlığında yerləşən qəsəbələrdən və kəndlərdən sakinlərin təxliyyəsi aparılır.
Kolima vulkanının yaxınlığındakı Syudad-Qusman şəhəri boşaldılır.
Yerli sakinlərin "Alovlu vulkan" adlandırdıqları Kolima 1576-cı ildən bəri 43 dəfə püskürüb.
Budəfəki püskürmənin unikal videosu da çəkilib.
Mənbə: Milli.Az