Qadin.NET / Ancelina Coli qaçqınlar arasında

Ancelina Coli qaçqınlar arasında

 

Ancelina Coli qaçqınlar arasında

Dünyanın ən məşhur qadınlarından biri sayılan Hollivud ulduzu Ancelina Colidən sürpriz ziyarət. ANS PRESS-in məlumatına görə, BMT-nin xoşməramlı səfiri olan Coli yezidilərə baş çəkib. Ulduz aktrisa İraqdakı Duhok Hanke çadır düşərgəsində qaçqınlarla bir araya gəlib. Coli İŞİD terrorundan qaçaraq Duhokdakı sığınacağa sığınanların çadırlarında olub. Onun səfəri haqqında öncədən məlumat verilməyib. Uduz aktrisa və səfir böyük maraqla qarşılanıb. Kürd administrasiyası İraq və Suriyadan gələn 1.6 milyon köçkünə ev sahibliyi edir. 
Xatırladaq ki, xoşməramlı səfir olan Ancelina Coli müntəzəm olaraq hərbi münaqişələr nəticəsində evlərindən didərgin düşənlərə baş çəkir, onların problemləri ilə maraqlanır. 

Ancelina Coli qaçqınlar arasında


Mənbə: ANS PRESS

 

26 yanvar 2015
GO BACK