Dünyanın ən gözəl qızı seçildi. ANS PRESS-in məlumatına görə, ABŞ-da keçirilən "Kainat gözəli- 2014" müsabiqəsi yekunlaşıb. Dünyanın ən gözəl qızı Paulina Veqa seçilib. O, məşhur tenor Qaston Veqanın nəvəsidir. Paulina tacını ötən ilin kainat gözəli olan Venesuelladan olan Qabriella Aylerdən alıb.
Onun tacının dəyəri 300 min dollardır. Dizaynerlər bu tacı Nyu Yorkdakı göydələnlərdən ilham alaraq yaradıblar. O, mavi yaqut və 300-dən çox briliyantla bəzədilib. Səhnəyə çıxan Paulina bunun onun son müsabiqəsi olacağını deyib. Belə ki, kainat gözəli təhsili ilə məşğul olmaq istəyir. Paulina Veqanın 4 qardaşı və 3 bacısı var. "Kainat gözəli" adını qazanmaq üçün ilk beşliyə ABŞ, Niderland, Ukrayna, Yamaykadan olan gözəllər namizəd göstərilirdi.
Müsabiqə yanvar ayının əvəllindən başlamışdı.
Mənbə: ANS PRESS