Qadin.NET / Türkiyədə "Qarabağ" adlı klub yaradıldı

Türkiyədə "Qarabağ" adlı klub yaradıldı

 

Türkiyədə yeni futbol klubu yaradılıb.Milli.Az Derbi.Az-a istinadən xəbər verirki, ilk baxışdan bunda qeyri-adi nəysə olmasa da, məsələnin maraqlı tərəfi komandanın adının birbaşa Azərbaycanla bağlı olmasıdır.
Belə ki, İstanbulda yaradılan komanda “AZE Qarabağ” adlanır. Əslində, klubun yeni yaradıldığını demək olmaz. Belə ki, buna qədər “Çekmeköy çarşıspor” adlanan komanda bundan sonra “AZE Qarabağ” adlanacaq.
Klub rəsmilərinin sözlərinə görə, komandanın adının “AZE Qarabağ” olaraq dəyişdirilməsində məqsəd Qarabağın adını dünyaya tanıtmaq və dolayısıyla siyasi baxımdan Azərbaycana dəstək olmaqdır. 
Prezidenti Murad Şengün olan komandanın ilk olaraq həvəskarlar liqasında mübarizə aparması gözlənilir. Klub prezidentinin sözlərinə görə, klubun bütün yaş qrupları üzrə komandasının formalaşdırılması və müxtəlif yaş qrupları üzrə komandaların həvəskarlar liqasında mübarizə aparması planlaşdırılır. Bundan əlavə, “AZE Qarabağ”ın nəzdində futbol məktəbinin də fəaliyyət göstərəcəyini qeyd edən Şengün gələcəkdə azərbaycanlı uşaqların da həmin futbol məktəbinə dəvət olunmasında maraqlı olduqlarını açıqladı.

Mənbə: Milli.Az

 

26 yanvar 2015
GO BACK