Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.Mühafizəçi Trend-in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.
Mənbə: Milli.Az