Qadin.NET / Yağış az idi, külək də əsəcək

Yağış az idi, külək də əsəcək

 

Həftənin ilk iş günü Bakıda hava küləkli və yağışlı olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimal edilir.

Mənbə: Milli.Az

 

25 yanvar 2015
GO BACK