Qadin.NET / Məşhur aktyor metroya mindi, tanıyan olmadı

Məşhur aktyor metroya mindi, tanıyan olmadı

 

Dünyanın ən məşhur aktyorlarından biri metroya mindi. Lakin metroda onu tanıyan olmadı. ANS PRESS-in məlumatına görə, bu, Tom Henks olub. Henks Hollivudun ən tanınmış və ən zəngin aktyorlardan biridir. Henks minlərlə dollar dəyərində olan maşınlarını bir kənara qoyaraq ictimai nəqliyyatdan faydanıb. Lakin metroya minən tanınmış aktyoru burada tanıyan olmayıb. "Oskar"lı aktyor Henks Nyu York, Manhettendə metro ilə gəzib. Aktyorun əynində iri palto, başında isə papaq olub. Henks metrodan endikdən sonra bir fincan qəhvə alaraq yoluna davam edib.

Mənbə: Milli.Az

 

25 yanvar 2015
GO BACK