Qadin.NET / Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var

Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var

 

 

“Azərbaycan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti stabil ağır olaraq qalır”. Milli.Az xəbər verir ki, bu haqda Aznevs.Az-a açıqlamasında xalq artistinin bacısı Sevil xanım məlumat verib. O bildirib ki, N.Əhmədovanın səhhəti ilə bağlı analizlərin cavabları bu gün məlum olacaq: “Həkimlər əlindən gələni edirlər. Artıq özünə gəlib, az-az danışır. Biz də Allaha ümidliyik”.Qeyd edək ki, xalq artisti N.Əhmədova hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə dünən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib. 

Mənbə: Milli.Az

24 yanvar 2015
GO BACK