Qadin.NET / QİÇS artıq təhlükəli deyil?

QİÇS artıq təhlükəli deyil?

 

HİV xəstəliyinə getdikcə insanlar daha az yoluxur və xəstəlik daha da az təhlükəli olur.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikasındakı pasientlər arasında aparılmış müşahidələr bunu deməyə əsas verir.
Əldə edilmiş nəticələr göstərib ki, HİV virusu insan orqanizminə adaptasiya olunur. Dəfələrlə mutasiyaya məruz qalır. Bu səbəbdən də insan orqanizminə düşən HİV virusunun Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) çevrilməsi üçün uzun zaman tələb olunur.
Hazırda dünyada 35 milyon HİV virusu daşıyıcısı yaşayır. Bu virus istənilən orqanizmə düşdükdə mutasiya edir. Hətta ən güclü immunitetə malik orqanizmlərdə də formasını dəyişərək yaşaya bilir.
Bu məsələlərlə məşğul olan alimlər  QİÇS-in artıq uzun müddətdir ki, çoxlarına məlum olan problemə çevrildiyi Botsvanada nələrin baş verdiyini araşdırıblar. Məlum olub ki, istifadə edilən dərmanlar virusun mutasiyasına, bir qədər zəifləməsinə səbəb olur.
Əvvəllər HİV virusunun QİÇS-ə çevrilməsi üçün 10 il vaxt tələb olunurdusa, indi həmin müddəti 12.5 ilə qədər uzatmaq mümkün olub. İrəliləyişin sürəti az olsa da, dəyişikliklər göz önündədir. Gələcəkdə həmin müddətin daha da uzadılacağına ümid var.
Mənbə: Milli.Az

 

24 yanvar 2015
GO BACK