Microsoft Korporasiyası yeni Windows 10 əməliyyat sistemini təqdim edib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, təqdimatda çıxış edən Windows istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, Microsoft Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, Windows 10 əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. Windows Phone 8.1, Windows 8 və Windows 7 istifadəçiləri üçün Windows 10 il ərzində tam pulsuz olacaq.Korporasiyanın nümayəndəsi bildirib ki, Microsoft əvvəlki Start menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu Windows 7-dəki kimi kiçiltmək olar.Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri Cortana səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı Cortana müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.