"Twitter" sosial şəbəkəsi "Bing" tərcümə bazasında tvitlərin tərcüməsi funksiyasını işə salıb.Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu funksiya ilk dəfə 2013-cü ildə sınaqdan keçirilsə də, rəsmi olaraq indi işə salınır.
Tvitlərin tərcüməsi "Twitter"in veb versiyasında, iOS və Android üçün əlavələrdə, həmçinin "TweetDeck" servisində mümkündür.
Xidmət 40 dil üçün nəzərdə tutulub.
Mənbə: Milli.Az