
“German Special Customs (GSC)” alman tüninq-atelyesi sportkar “Mercedes-AMG GT” üçün yeniliklər paketi hazırladı. Avtomobil özünə şəklidəyişmiş bamperlər, yenidən işlənmiş yan ətəklər və böyük arxa qanad daxil edən aerodinamik asma əldə etdi.Milli.Az Auto.Az-a istinadən bildirir ki, sportkar qabaq splitter, ventilyasiya olunan kapot, yeni hava çıxışları, aqressiv arxa diffuzor və başqa qazçıxma sistemi ilə fərqlənir. Yeniliyin texniki təfərrüatları gizli saxlanılır. “AMG GT”-nin standart versiyası 4,0 litrlik V8 mühərriki ilə təchiz olunub. Mühərrikin gücü 462 a.g. və 600 Nm fırlanma anı təşkil edir. Sportkar “Mercedes AMG GT S”-in “yüklənmiş” versiyası iki turbo yükləyicisi olan 4,0 litrlik V8 benzin mühərriki ilə təchiz olunur. Mühərrikin gücü 510 a.g.-dür. Avtomobil ilk “yüzə” 3,8 saniyəyə sürət yığır.