Bir britaniyalı və iki hollandiyalı tələbələr Türkiyənin cənubunda itkin düşəndən 3 gün sonra tapılmışdılar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yanvarın 14-də Devid Maki, Marye de Qrot və Frisa de Vris Türkiyənin Antalya vilayətindəki Göynük qəsəbəsində başlanan və Muğla istiqamətinə doğru yüzlərlə kilometr uzananm məşhur Likiya yolu boyunca səyahətə yollanmışdılar. İki gün sonra tələbələr azıblar və fövqəladə xilasetmə xidmətinə zəng vurublar.
Tələbələrin olduqları yer barədə telefonla verdikləri məlumat əsasında 137 nəfər, o cümlədən xilasetmə komandasının üzvləri və yerli motoklubun mənsubları axtarışlara başlamışdılar.
Yanvarın 19-da xilasetmə helikopteri tələbələri tapıb.
Onlar çox yorğun, amma sağlam idilər.
Tələbələrin dediklərinə görə, böcəklər, həşəratlar və otlarla qidalanaraq sağ qalıblar.
Mənbə: Milli.Az