Ermənilər üçün şok açıqlama
Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdən şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib.ANS PRESS-in məlumatına görə, Permyakovun psixi durumunu araşdırmaq üçün bir sıra məhkəmə-kriminalistika ekspertizaları da keçiriləcək.Bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində aparılacaq. Permyakovla bağlı ekspertizaların nəticəsi müsbət olsa, o, həbs edilməyəcək.Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.
Mənbə: ANS PRESS
23 yanvar 2015
GO BACK