Qadin.NET / Əliyev və Serjə təcili müraciət

Əliyev və Serjə təcili müraciət

Əliyev və Serjə təcili müraciət
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.ANS PRESS-in məlumatına görə, Uorlikin müraciətində deyilir:
"Mənim prezidentlərə müraciətim ondan ibarətdir ki, qoşunların təmas xəttində son vaxtlar yaranan gərginliyi azaltmaq lazımdır və sülh danışıqları davam etidirilməlidir".
Qeyd edək ki, 2015-ci il başlayandan cəbhə xəttində vəziyyət gərginləşib. Belə ki, erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Ordusunun mövqelərinə hücumlar edirlər. Lakin düşmən xeyli itki verərək geri çəkilir. Ermənistan ordusu bu il başlayandan 12 hərbçisini itirib. Ermənilər həmçinin cəbhə xəttində yerləşən kəndlərdə dinc sakinlərin də evlərini atəşə tuturlar. Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Ordusunun mövqelərinə hücumlarını davam etdirərlərsə, daha çox itki verəcəklər.

Mənbə: ANS PRESS

23 yanvar 2015
GO BACK