Qadin.NET / Dəb Dünyası Bakıda

Dəb Dünyası Bakıda

 

Vaxt çox tez keçir. 2015-ci il gəldi, bu o deməkdir ki, dəb dünyasının paytaxtlarında artıq payız-qış 2015/2016 dəb tendensiyalarının nümayişləri başlanılıb. Azərbaycan da dünya Dəb Həftəsinin təqvim cədvəlinə daxil edilib. Beləliklə, 30 apreldə mətbuat konfransı, 1-3 mayda dəbdəbəli Jumeirah Bilgah Beach Hotel-də dizaynerlərin kolleksiyalarının nümayişi olacaq. 
Bu gün artıq bəllidir ki, azərbaycanlı dizaynerlər Bakıdakı İlk Dəb Həftəsinə kolleksiyalar hazırlayırlar, həmçinin iştirak etmək istəklərini bildirənlərin də adları bəllidir. Hələ ki, bütün kartları açmaq istəmirik, amma pərdəni açırıq.
Baku Fashion Week iştirakçılarının arasında artıq ölkəmizin dəb bilicilərinə tanış olan və ürəkdən sevilən dizayner Aftandil də var. Bununla belə, Natavan galereyasının dəstəyi ilə Darya Yadernayanın prezentasiyasını və kolleksiyasını keçirməyi planlaşdırırıq, Avropadan, ABŞ-dan, Şərq və MDB ölkələrindən də qonaqlar gözləyirik. 
Layihənin rejissoru Nina Drako qonaqpərvər Jumeirah Bilgah Beach Hotel-in divarları arasında bizi gözəl, unudulmaz tədbirlə sevindirməyə söz verib. Hafiz Ağayevin prodüser mərkəzinin ümumi direktoru Hafiz Ağayevin simasında Baku fashion week partnyorları, sponsorları və əlbəttə ki, nəinki Bakıdakı, həmçinin Azərbaycan dizaynerlərini də aktiv əməkdaşlığa dəvət edir. 

Mənbə: Mİlli.Az

 

23 yanvar 2015
GO BACK