Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Mingəçevir sakiniQurban Vahidov 1926-cı ildə ruslar tərəfindən tərtib edilən Cənubi Qafqaza aid xəritəni Azərbaycana gətirib. O, hazırda Mingəçevirdə olan bu tarixi sənədi Rusiyanın Voronej şəhərində əldə edib.Xəritədə indi "Ermənistan" adlandırılan bir dövlətin ərazisində İrəvan, Dilican, Dərələyəz və Zəngəzur qəzalarının mövcud olduğu göstərilib. Göyçə gölü ermənilərin adlandlırdıqları kimi Sevan gölü deyil, öz tarixi adı ilə qeyd olunub. Xankəndi də öz tarixi adı ilə təqdim edilib. Xəritədə indiki Ermənistan respublikasının tarixi Azərbaycan torpaqlarında yaradıldığını sübut edən digər faktlar da əks olunub:
"O zaman Mehri rayonu yox idi. Naxçıvanla Azərbaycanın ərazisi bütöv bir sərhəd təşkil edirdi”, - deyə tarixçi Hilal Qarayev bildirib.
Qurban Vahidovun gətirdiyi bir əsrə yaxın yaşı olan xəritədə artıq çürümə prosesi başlayıb. Bu tarixi sənədin müəyyən hissələri qopub. Xəritəni müvafiq qurumlara təhvil verməyə hazırlaşan Qurban Vahidov onun yenidən bərpa edilməsini də vacib sayır.
Mənbə: Milli.Az