Qadin.NET / "Çelsi" Kostaya 16 milyon təklif edir

"Çelsi" Kostaya 16 milyon təklif edir

 

 

"Çelsi" heyətini braziliyalı Duqlas Kosta ilə gücləndirmək istəyir. Milli.Az Gol.Az-a istinadən xəbər verir ki, London klubu yarımmüdafiəçi üçün 16 milyon funt təklif etməyi planlaşdırır. Mənbənin məlumatına görə, "Çelsi" Duqlası hələ "Gremio"da çıxış edəndən bəri izləyir. 
"Zadəganlar" ilk olaraq Xuan Kuadradonu heyətə cəlb etməyə çalışsalar da, bu istəkləri çətinə düşüb.
Qeyd edək ki, Duqlas bu mövsüm "Şaxtyor"da çıxdığı 10 oyunda 1 qol və 3 məhsuldar ötürmənin müəllifi olub. 
Mənbə: Milli.Az
23 yanvar 2015
GO BACK