Qadin.NET / Bu ölkədə internet pulsuz oldu

Bu ölkədə internet pulsuz oldu

 

Bu ölkədə internet pulsuz oldu

Facebook pulsuz internet xidmətini genişləndirib.
ANS PRESS-in məlumatına görə, ötən ildən başayan "İnternet.org" layihəsi artıq inkişaf etməmiş ölkələr üçün xidmət göstərməyə başlayıb. Facebookun təqdim etdiyi pulsuz internet ilk olaraq ötən il Zambiyada istifadəyə verilmişdi. Mark Zukerberq bu gün pulsuz internet xidmətinin Qanada təqdim olunduğunu açıqlayıb.Ölkədəki mobil operator ilə razılaşan şirkət təhsil, səhiyyə, iş və ünsiyyət üçün lazım olan əsas saytlara pulsuz giriş imkanı təqdim edəcək.Qana əhalisinin hazırda yalnız 12%-nin internetə qoşulduğunu deyən Mark Internet.org-un istifadəyə verilməsindən sonra bu rəqəmin daha da artacağına ümid etdiyini söyləyib. Qeyd edək ki, Qana Internet.org xidmətinin istifadə verildiyi beşinci ölkədir. Qanadan əvvəl isə Zambiya, Tanzaniya, Keniya və Kolumbiyada bu xidmət istifadə verilib.

 

Mənbə: ANS PRESS

23 yanvar 2015
GO BACK