“WhatsApp” şirkətinin rəhbərliyi kənar mobil tətbiqlərdən istifadə edən istifadəçilərə rəsmi tətbiqdən istifadəyə keçidlə bağlı bildiriş göndərib. Əks halda onların hesabları 24 saatlıq bloklanıb.İCT nevselektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “WhatsApp” messencerinin rəsmi protokoluna uyğun “WhatsAppMD” və “WhatsApp Plus” kənar tətbiqlərinin istifadəçilərindən rəsmi mobil tətbiqi yükləmək tələb olunub.Messencerin administrasiyası hesab edir ki, kənar mobil tətbiqlərdən istifadə xidmətin göstərilməsi qaydalarını pozur. Yanvarın 21-də kənar proqramlar vasitəsilə ünsiyyət saxlayan istifadəçilərin hesabları 24 saatlıq bloklanıb.
“WhatsApp” şirkəti “WhatsApp Plus” tətbiqini hazırlamayıb. Bu tətbiqin yaradıcılarının “WhatsApp”la heç bir əlaqəsi yoxdur və biz “WhatsApp Plus”u dəstəkləmirik. Biz “WhatsApp Plus”un kodunun təhlükəsizliyinə zəmanət vermirik, beləliklə, sizin fərdi informasiyanız üçüncü şəxslərin əlinə keçə bilər", – “WhatsApp”ın bəyanatında yazılıb.
Bildirək ki, “WhatsApp Plus” istifadəçilərə əlavə funksiyalar təqdim edən alternativ versiyadır.
Mənbə: Milli.Az