Qadin.NET / İnternetin sonu çatır

İnternetin sonu çatır

 

 

Gələcəkdə İnternet dünyada yox olacaq. Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlamanı Google şirkətinin direktorlar şurasının sədri Erik Şmidt verib. Davos iqtisadi forumunda çıxış edərkən Şmidt bu sözləri deyib: 
"Hər şey çox sadədir. İnternet yox olacaq. O qədər İP-ünvanlar, qurğular, ötürücülər olacaq ki, indi istifadə etdiyiniz əşyalar olacaq ki, siz bunu hiss etməyəcəksiniz", - o əlavə edib. 
"Bu sizin mövcudluğunuzun tərkib hissəsi olacaq. Təsəvvür edin ki, otağa daxil olursunuz və otaq dinamikdir. Siz bütün əşyalar ilə qarşılıqlı əlaqədəsiniz", - Google-un rəhbəri qeyd edib. 
Şmidtin sözlərinə görə, texnologiyaların inkişafı sayəsində yeni iş yerləri yaranacaq. İnformasiya texnologiyaları sahəsində yaranan hər iş yeri özündən sonra 7 iş yerini törədəcək. 

Mənbə: Milli.Az

23 yanvar 2015
GO BACK