Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidməti (Rosselxoznadzor) yumurtanı Türkiyədən birbaşa ölkəyə ixrac etmək üçün türkiyəli tədarükçülərə “Novorossiysk”, “Tuapse”, “Qafqaz” və “Soçi” dəniz buraxılış məntəqələrindən istifadə etməyi təklif edib. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, Ukrayna yanvarın 20-də öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub.
Mənbə: Milli.Az