Qadin.NET / Twitter yeni platforma alır

Twitter yeni platforma alır

 

ABŞ-ın Twitter mikrobloqlar xidməti inkişaf etməkdə olan bazarlar üzrə ixtisaslaşmış Hindistanın ZipDial marketinq platformasını satın almaq haqda razılaşıb. Razılaşmanın dəyəri açıqlanmayıb, bəzi məlumatlara görə, sazişin dəyəri 30 milyon dollar təşkil edir.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, 2010-cu ildə təsis edilmiş ZipDial şirkətinin hazırladığı mobil platforma istifadəçilərə interfeysdən asılı olmayaraq məzmunla qarşılıqlı əlaqədə olmağa imkan verir. ZipDial müştəriləri buraxılmış çağırışlar vasitəsilə brendlərlə qarşılıqlı əlaqədə ola bilər: ödənişsiz telefon nömrəsi üzrə zəngdən sonra mobil platforma avtomatik cavab çağırışları generasiya edəcək, müştərinin qurğusuna şirkətin xəbərlərindən ibarət mesaj və ya bildirişlər göndərəcək.
Bu halda ZipDial xidmətlərindən istifadəyə görə ödəniş etmək lazım deyil. Məlumatların ötürülməsi texnologiyasının nüfuzetmə səviyyəsinin nisbətən zəif inkişaf etdiyi inkişaf etməkdə olan ölkələrdə belə növ funksional xüsusilə vacibdir.
Bu saziş bizim Hindistana investisiyalarımızı xeyli artırır, həmçinin Banqalorda yeni ofisə sahiblənirik – Twitterin rəsmi məlumatında deyilir. Şirkətdən hesab edilir ki, yaxın bir neçə ildə Braziliya, Hindistan və İndoneziya kimi ölkələrdə milyard istifadəçi ilk dəfə internetə çıxacaq.
"Onların çoxu mobil qurğuların köməyi ilə internetə daxil olacaq, ancaq məlumatların ötürülməsi üzrə xidmətin dəyərinə görə onlar internetin bütün gücünü hiss etməyə bilər. Twitter ZipDialla əməkdaşlıq çərçivəsində məzmunu hamı üçün daha əlçatan edəcək" – şirkətdən ümid edirlər.
Mənbə: Milli.Az
23 yanvar 2015
GO BACK