Qadin.NET / Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi

Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi

 

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretlı görüşüb.Trend-in Ukrayna patriarxlığının saytına istinadən verdiyi məlumata görə, görüşdə patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.

Patriarxa yüksək təltifə görə minnətdarlığını bildirən E.Məmmədov iki xalq və dövlət arasında sıx dost əlaqələrindən danışıb. Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək.
Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.
Mənbə: Milli.Az
23 yanvar 2015
GO BACK