Qadin.NET / Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər

Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər

 

Qubalı pəhləvan qardaşlar Laçın  Hüseyn Abdulhüseynovlara fevralın 5-də Ukraynada televiziyasında yayımlanan layihəsində keçiriləcək seçim turlarında iştirak etmək üçün müəlliflər tərəfindən xüsusi dəvət məktubu göndərilib. Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, məktubda bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunacaq televiziya şousunun yeddinci mövsümünə dünyanın məşhur mədəniyyət nümayəndələri dəvət alıb. Qardaşlar müsabiqədə uğurlu çıxış etmək üçün xüsusi nömrələr hazırlayıblar. Gərgin məşqlər edən pəhləvan qardaşlar Ukraynaya fevralın 3-də yola düşəcək. Pəhləvan Laçın Abdulhüseynov 2014-cü il avqustun 3-də Gürcüstanın Dmanisi şəhərində yeni dünya rekordunun müəyyən edilməsi ilə əlaqədar keçirilən tədbirdə diqqət mərkəzinə düşüb. 
O, Qafqaz Dünya Rekordları Federasiyasının təşkil etdiyi mərasimdə 2 nominasiyada yeni dünya rekordunu təzələməyi bacarıb. Azərbaycan pəhləvanı qeyri-adi üsulla, göz həm də hulqum nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını təəccübləndirib. Bununla da Laçın Abdulhüseynov “Ginnesin Rekordlar Kitabı”na namizəd adını qazanıb.

Mənbə: Milli.Az

 

22 yanvar 2015
GO BACK