Qadin.NET / 7 ildir gəmidə yaşayır

7 ildir gəmidə yaşayır

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, Li Vaçstetter əri öldükdən sonra beşotaqlı evini sataraq 70 nəfərlik tutumu olan sərnişin gəmisinə yerləşib.86 yaşlı qadın bu günədək həmin gəmi ilə dünyanı 15 dəfə dolaşıb. Səyahətin bir ili ona 164 min dollara başa gəlib. Bura gəmi kupesi, bütün yeməklər və içkilər, eləcə də gəmidəki digər xidmətlər daxildir. Gəminin 655 nəfər işçi heyəti olduğu bildirilir.Bununla ərinin vəsiyyətini yerinə yetirdiyini deyən qadın ölənədək quruya ayaq basmayacağını qeyd edib.

Mənbə: Milli.Az

22 yanvar 2015
GO BACK