Qadin.NET / Yeni qayda: sürücü-polis münasibətində kağız "məsələsi"

Yeni qayda: sürücü-polis münasibətində kağız "məsələsi"

 

“Yol hərəkəti haqqında” qanuna əlavə təklif olunur Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşlarının qayda pozan sürücülər barədə inzibati tədbir görmələri ilə bağlı vəzifə səlahiyyətlərində dəyişiklik edilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinə yeni 2-ci bəndin əlavə edilməsi təklif olunur.“Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri” adlı maddəyə təklif olunan yeni bəndə göstərilir ki, “inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək” lazımdır.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq. 

Mənbə: Milli.Az

 

22 yanvar 2015
GO BACK