The National Interest tarix ərzində ABŞ-ın ən etibarsız ölkələrinin reytinq siyahısını hazırlayıb. ANS PRESS-in məlumatına görə, siyahıya SSRİ, Yaponiya, Pakistan, İraq və İran kimi ölkələr daxil edilib. Jurnal ABŞ-la SSRİ-nin II dünya müharibəsində müttəfiq olduqlarını, lakin sonradan bu iki ölkə artasındakı münasibətlərin kəskin dəyişdiyini xatırladır. Yaponiya da vaxtilə ABŞ-ın müttəfiqi olub, ancaq Pyorl-Xarbora xain hücumdan sonra münasəbətlər dəyişib.
ABŞ İran-İraq müharibəsində ikincilərə kömək etsə də sonradan Səddam Hüseyni devirməklə müttəfiqliyin üstündən xətt çəkmişdi.
Sonrakı yerlərdə müvafiq olaraq Pakistan və İran gəlir. Birincilərin dəstəyilə ABŞ "Əl-Qaidə"yə qarşı mübarizə aparsa da Üsamə Benu Ladenin ölümündən sonra münasibətlər pisləşib.
ABŞ İranı da etibarsızlıqda günahlandırır. Birləşmiş Ştatlar şah rejiminə dəstək verməklə İranın müttəfiqliyinə ümid etsə də bu baş verməyib.
Mənbə: ANS PRESS