Qadin.NET / Ermənilər "Türkiyənin ürəyi"ni istəyir

Ermənilər "Türkiyənin ürəyi"ni istəyir

 

Ermənilər "Türkiyənin ürəyi"ni istəyir

İrəvan və erməni diasporu 1915-ci il hadisələrinin 100-üncü ildönümü ilə bağlı yeni addıma hazırlaşır.ANS PRESS-in məlumatına görə, ermənilər Türkiyədən iddia etdikləri torpaq və mülkiyyətlərlə bağlı hüquqi mübarizəyə başlayacaq. Ermənilər tərk etdikləri əraziləri geri almaq üçün planlaşdırdıqları hüquqi prosesdə sürəti artırmağı hədəfləyirlər. ABŞ erməni diasporasının lideri Harut Sassounian Ermənistan hökuməti ilə bəzi diasporaların Ankaranı beynəlxalq məhkəmələrə aparmağı düşündüklərini vurğulayıb. Sassounian erməni katolikosu Aram İnin Adanadakı əl qoyulan kilsə mülkləri üçün şikayətçi olduqlarını deyib. O qeyd edib ki, Türkiyə iddialarımıza rədd cavabı verəcəyi təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər. Bir digər şikayət erməni əsilli Zuart Sudjianın ailəsindən alınan torpaqlarla bağlıdır. Diyarbakır Havalimanı ərazisinə iddia edən Sassounian hüquqlarını müdafiə edəcəklərini söyləyib. O, Avropa İnsan Hüquqları Məhkəməsindən müsbət qərar çıxacağı təqdirdə Türkiyədə mallarına əl qoyulmuş olan bütün ermənilər üçün qapıların açılacağını bildirib. Harut Sassounian Ankaradakı Çankaya Köşkünün isə Kasapyan ailəsinə aid olduğunu deyir. İstanbul Atatürk Havalimanının olduğu ərazinin bir hissəsinin isə Kevork Sarıyanın ailəsinə aid olduğu iddia edilir.

 

Mənbə: ANS PRESS

22 yanvar 2015
GO BACK