Qadin.NET / WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü

WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü

 

 

WhatsApp mesajlaşma proqramının veb-versiyası işə düşüb. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, proqramın artıq saytı fəaliyyətə başlayıb. Veb.vhatsapp.com saytına daxil olan istifadəçilər ilk növbədə QR kod görürlər. Həmin QR kodu telefonla skan etdikdən sonra bütün danışıqların siyahısını əldə edirlər. Bundan sonra söhbəti kompüterdə davam edə bilərlər. Proqramın veb versiyası tələb edir ki, smartfon daim şəbəkəyə qoşulu olsun. Əgər telefonla mesaj göndərə bilmirsinizsə, deməli, kompüterlə də bu mümkün olmayacaq. Messencerin İnternet versiyası yalnız Google Chrome brauzeri ilə çalışır. Digər brauzerləri dəstəkləmir. Bundan əlavə, WhatsApp-ı iOS əməliyyat sistemində işlədənlər də veb versiyadan yararlana bilməyəcəklər.

WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü

WhatsApp-ın çoxdan gözlənilən funksiyası işə düşdü

Mənbə: Milli.Az

22 yanvar 2015
GO BACK