Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans qitədə anti-semitizmin yüksəlişi ilə bağlı yəhuidiləri mühacirət etməməyə çağlırıb.ANS PRESS-in məlumatına görə, o deyib ki, İttifaq üzvü olan bir sıra ölkələrdəki yəhudilər Avropada gələcəklərinin olmasına şübhə edirlər.Fransada “Charlie Hebdo” qətliamının ardınca yəhudilərin təhlükəsizliyinin artırılması üçün tədbirlər görülür.
Fransanın baş naziri Manuel Valls deyib ki, ölkədə təhlükəsizlik fəaliyyəti ilə bağlı 2 680 yeni iş yeri yaradılacaq. O bildirib ki, hazırda ölkədə 3 min nəfər daimi müşahidə altında saxlanır.Timmermans həmçinin sərnişin siyahıları mübadiləsinin sürətləndirilməsinə çağırıb. Belə siyahılar Şengen viza zonasının 26 üzvü arasında həyata keçirilməlidir. Lakin bəzi Avropa ölkələri belə mübadiləyə həvəssiz görünürlər, çünki onlar bu tədbirlə vətəndaş azadlıqlarının məhdudlaşdırılacağından narahatdırlar.Bu arada Britaniyada daxili işlər naziri Teresa May bildirib ki, yəhudi əhalisinin qorunması üçün bütün mümkün tədbirlər görülür.
Xatırladaq ki, yanvarın 9-da Parisin koşer supermarketində silahlı terrorçu tərəfindən 4 yəhudi qətlə yetirilmişdi.
Mənbə: ANS PRESS