Qadin.NET / Dahiləri toppuş xanımlar dünyaya gətirirlər

Dahiləri toppuş xanımlar dünyaya gətirirlər

 

 

Hamiləlik zamanı qadınlarda piy qatının formalaşması təsadüfi deyil. Bu piy qatının missiyası uşağın beynini qorumaqdır.Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Pittsburq universitetinin alimləri uşaqların intellekti ilə analarının bədənlərindəki piy qatının əlaqəsini araşdırıblar. Nəticələr, doğrudan da, heyrətamiz olub. Sən demə, toppuş qadınlar daha ağıllı uşaqlar dünyaya gətirirlər.Alimlər hesab edirlər ki, bu müddəalar elmi cəhətdən əsaslandırılıb. Qadın orqanizmindəki yağlar və piylər uşaq beyninin inkişafı üçün vacibdir. Həmin piylər formasını dəyişərək ananın onurğa beynindən və qanından keçərək uşağın beyninə daxil olur.Pitsburq universitetinin professoru Uil Lassek deyir ki, ananın bədəninə yığılmış piylər dünyaya gələcək uşağın beyni üçündür. Uşağın əsəb sisteminin yaxşılaşması üçün çoxlu miqdarda piy kütləsi toplamaq lazımdır. Piy nə qədər çox olarsa, əsəb sistemi də bir o qədər yaxşı formalaşar.

Mənbə: Milli.Az

22 yanvar 2015
GO BACK