Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib. Bu görüşdə Ermənistanla azad ticarət komponenti olmadan Assosiasiya Sazişinin imzalanması mümkünlüyü məsələsi müzakirə olunub.
ANS PRESS-in məlumatına görə, bu görüşdə Ermənistanı təmsil edən xarici işlər naziri Edvard Nalbandyan Türkiyə-Ermənistan münasibətlərindəki son hadisələrdən söz açıb və bildirib ki, İrəvan Gelibolu döyüşünün (Çanakkale zəfəri) 100-cu ildönümü mərasiminə Ankaradan dəvət alıb. Prezident Serj Sarkisyan Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı "1915-ci il erməni soyqırımı"nın 100 illiyinə həsr ediləcək mərasimə dəvət edib. Mən bu dəvəti ötən il avqustunda Ankarada olarkən R.T.Ərdoğana çatdırmışam. İndiyədək bu dəvətə heç bir cavab gəlməyib".
Türkiyənin dəvətinə gəlincə isə, Ermənistan xarici işlər naziri çox yanıqlı danışıb, ölkəsinin “nəzakətli rədd cavabını” bir daha xatırladıb. O, deyib ki, belə bir dəvətin qəbulu dünyada düzgün başa düşülməyə bilər”. Birinci Dünya müharibəsinin ikinci ilində Osmanlı qoşunları Qalipoli döyüşündə Britaniya başda olmaqla müttəfiqləri ağır itkiyə məruz qoymuşdu. Lakin buna baxmayaraq, o vaxt Almaniya ilə müttəfiq olan Osmanlı imperiyası Birinci Dünya müharibəsini 1918-ci ildə məğlub tərəf kimi başa vurub.
Mənbə: ANS PRESS