Qadin.NET / Böhran şəraitində ən riskli sahə hansıdır?

Böhran şəraitində ən riskli sahə hansıdır?

 

“Dünya 2014-cü ildən başlayan iqtisadi böhran yaşayır. Bu isə daha çox neft sektorunda özünü göstərir. Belə şəraitdə sahibkarlıq fəaliyyəti ən riskli fəaliyyətlərdən hesab olunur”.
Milli.Az xəbər verir ki, bu fikirləri axar.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyevdeyib. Onun sözlərinə görə, əvvəlcədən risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər planının hazırlanması vacibdir:
“Böhranlı şəraitlərdə şirkətlərin idarə olunması, sahibkarların investisiya yatırımları ilə bağlı olaraq beynəlxalq aləmdə bir sıra metodlar var. Bu, “böhran şəraitində iqtisadi fəaliyyət” adlanır. Birinci növbədə yaxşı olar ki, şirkətlərin nəzdində risk menecmenti fəaliyyəti genişləndirilsin. Azərbaycan şirkətlərində bu fəaliyyət bir qədər zəifdir. Lakin 2008-ci ildə beynəlxalq aləmdə böhran baş verdiyi zaman dünyada bu fəaliyyət növü ilə riskləri bir qədər azaltmaq mümkün olmuşdu. Ona görə də müəssisələrin daxilində risk menecmentinin formalaşması mühüm amildir”.
İqtisadçı onu da qeyd edib ki, ümumiyyətlə, hazırkı böhran şəraitində investorlar yaxşı olar ki, daha çox qeyri-neft sektoruna üstünlük versinlər:
“Böhrandan daha az zərərlə çıxmaq üçün istehsalat və xidmət sektolarına investisiyaların yatırılması bir qədər genişləndirilməlidir”.

Mənbə: Milli.Az

 

22 yanvar 2015
GO BACK