Qadin.NET / Facebook bir ölkənin pulunu qazanır

Facebook bir ölkənin pulunu qazanır

 

Bir neçə il ərzində Facebook universitet startapından dünyanın ən böyük sosial şəbəkəsinə çevrilib və dünya iqtisadiyyatına öz təsirini göstərib. Facebook-un sifarişi üzrə tədqiqat keçirmiş Deloitte & Touche konsaltinq şirkətinin analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə Facebook-un qlobal iqtisadiyyata töhfəsi 227 milyard dollar olub və 4,5 milyon iş yeri yaradıb. 

Milli.Az LCTnevs-a istinadən bildirir ki, ötən ilin üç rübünün nəticəsinə görə sözügedən sosial şəbəkənin gəliri təxminən 8,6 milyard dollar təşkil edib. 
Facebook-un əməliyyat direktoru Şeril Sendberq deyib ki, dünyanın ən böyük sosial şəbəkəsi ən müxtəlif sahələri təmsil edən yeni şirkətlərin yaradılmasına kömək edir. 
Sendberq Facebook vasitəsilə saç üçün aksessuarlar satmağa başlayan hindistanlı gənc qızlardan ibarət qrupu nümunə göstərib.
Mənbə: Milli.Az

 

22 yanvar 2015
GO BACK