Atıq bir neçə gündür ki, Xaçmazda mal ətinin 1 kq-mı 6 manata satılır. Regional TV (Region TV) xəbər verir ki, rayondakı əksər satış mərkəzlərində buna səbəb kimi heyvan yemlərinin, xüsusilə otun qiymətindəki artım göstərilir. Qiymətin aşağı düşməsi alıcılıq qabiliyyətinə də təsir göstərib. Xaçmazın ət bazarındakı satıcılar isə bildirirlər ki, yemin bahalaşması sakinlərin təsərrüfatındakı heyvanları satmasına səbəb olub.
Ətin ucuzlaşması bazara keyfiyyətsiz məhsulların yol açmasına şərait yaradır. Bu halın qarşısının alınması üçün Xaçmazın ət bazarında müasir tələblərə cavab verən baytarlıq sanitar ekspertiza laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada bazarda satılan bütün ət və süd məhsullarının yoxlanılması səhər saatlarında həyata keçirilir. Satışa yalnız yoxlamadan keçən ət məhsulları çıxarılır.
İstehlakçılar ət alarkən məhsulun baytarlıq laboratoriyasından keçməsini bildirən möhürün olmasına diqqət etməlidir. Bundan əlavə onların ətin satışına icazə verilən müvafiq qəbzi tələb etmə haqları da var.
Mənbə: Milli.Az