Qadin.NET / İlin ən ağır günü

İlin ən ağır günü

 

İlin ən ağır günü

İlin ən depresiv günü açıqlandı. Bu yanvarın üçüncü bazar ertəsidir. Bu il isə bu tarix 19 yanvara təsadüf edib. ANS PRESS-in məlumatına görə, buna səbəb uzun müddətli bayram tətillərinin bitməsidir. 
Britaniyanın Kardif Universitetinin psixoloqu Kliff Arnellin sözlərinə görə, bu günün ən depresiv olmasına səbəb faktorlardan biri də hava şəraiti və işə qayıtmaqdır. 
Alim deyir ki, Avropada yaşayanların 40 faizi məhz bu gün ağırlıq hiss edir, həyat eşqinin azaldığını bildirilər. Hər iki nəfərdən biri isə iş qabiliyyətinin azalmasından şikayətlənir. 
Bu depresiyadan çıxış yolu kimi isə sevdikləri musiqiyə daha qulaq asmaq, ev heyvanları, yaxınları ilə daha çox vaxt keçirmək, eləcə də tərkibində C vitamini olan meyvə tərəvəzdən, xoşbəxtlik hormonu yaradan şokoladdan bol istifadə etmək tövsiyyə edilir.

Mənbə: ANS PRESS

 

21 yanvar 2015
GO BACK