Qadin.NET / Müəllimlərə şad xəbər

Müəllimlərə şad xəbər

 

Müəllimlərə şad xəbər

Təhsil sahəsində bir sıra yeniliklər gözlənilir .ANS TV-nin məlumatına görə, yeni təsdiqlənən təhsil strategiyası həm də müəllimin nüfuzunun cəmiyyətdə qaldırılması üçün işlək olacaq. Hələ 2013-cü ildə başlanılan təhsil strategiyası 12 illik təhsil sisteminə keçid, ali məktəblərə muxtariyyət verilməsi, regional təhsil idarələri ilə yanaşı bölgələrdə xüsusi təhsil mərkəzlərinin yaradılmasını özündə əks etdirir. Sənədin nəzərdə tutulan planlarından bir neçəsinin tətbiqinə artıq gələn ildən start veriləcək. Növbəti tədris ilindən 12 illik təhsil sisteminə keçid tətbiq olunacaq. 
Digər bir yenilik isə müəllimlərin əmək haqlarının artırılması ilə bağlıdı. Müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə 2022-ci ilədək müəllimlərin əmək haqlarının mərhələli şəkildə artırılacağı bildirilir. Azərbaycanda ali təhsil müəssisələri üçün şəhərciyində yaradılması nəzərdə tutulub. Bunun üçün maliyyə vəsaiti ayrılacaq. Şəhərciklərin 2016–2024 illər ərzində yaradılması gözlənilir.
Mənbə: ANS PRESS

 

21 yanvar 2015
GO BACK