NASA-nın Kepler teleskopundan istifadə edərək alimlər həyatın mümkün olduğu planet aşkarlayıblar. Milli.Az thepcmdgazette.com-a istinadən xəbər verir ki, həmin planetin də səthinin Yerdəki kimi su ilə örtüldüyü ehtimal edilir."Kepler-186f" adı verilən planetin kəşfi sübut edir ki, kainatda Yerlə eyni ölçüdə və öz ulduzundan eyni məsafədə yerləşən planetlər də mövcuddur. Bundan əvvəl də belə planetlərin aşkarlanmasına baxmayaraq, "Kepler-186f" bütün paramentrlərinə görə yeri daha çox xatırladır.
Mənbə: Milli.Az