Qadin.NET / İspaniyada möhtəşəm duel: "Barselona" – "Atletiko"

İspaniyada möhtəşəm duel: "Barselona" – "Atletiko"

 

 

Bu gün İspaniya kubokunda 1/4 final mərhələsinə start veriləcək.Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, ilk mərhələdə bu günə üç qarşılaşma nəzərdə tutulub.
Günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakı vaxtı ilə gecə saat 01:00-da iki oyun keçiriləcək. 1/4 final mərhələsinin ən maraq doğuran oyunu Barselonada olacaq. Burada "Barselona" 1/8 finalda Madrid "Real"ını mübarizədən kənarlaşdıran "Atletiko"nu (Madrid) qəbul edəcək. Günün digər qarşılaşmasında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gələcək.
Qeyd edək ki, İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına sabah gecə keçiriləcək "Espanyol" - "Sevilya" oyunu ilə yekun vurulacaq.
 21 yanvar
İspaniya kuboku, 1/4 final
23:00. "Vilyareal" - "Hetafe"
01:00. "Barselona" - "Atletiko" (Madrid)
01:00. "Malaqa" - "Atletik" (Bilbao) 
22 yanvar
"Espanyol" - "Sevilya"
Mənbə: Milli.Az
21 yanvar 2015
GO BACK