Qadin.NET / Bu kişi plastik cərrahiyyə narkomanıdır

Bu kişi plastik cərrahiyyə narkomanıdır

 

 

Barbi oyuncaqlar dəstində "Barbinin sevgilisi" kimi tanıdılan Kenə bənzəməyə çalışan və bu səbəbdən də "Canlı Ken" adlandırılan Castin Cedlik yeni plastik cərrahiyyə əməliyyatına hazırlaşır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-York şəhərinin sakini, 34 yaşlı amerikalı C.Cedlik "canlı Ken" olmaq istəyi ilə indiyədək 190 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.
Fəqət o, yenə narazıdır.Castinin dediyinə görə, alnındakı venalar onu narahat edir.
"Aktrisa Culiya Robertsdə olduğu kimi, alnımda üç vena damarı şişib. Məni çox eybəcər, kifir göstərir. Bunun üçün əməliyyat olunacağam, o damarları kəsdirəcəyəm. Plastik cərrahiyyə narkomanı olduğumu anlayıram. Amma nə edim: gözəllik qurban tələb edir", - C. Cedlik deyib.
Cedlikin sözlərinə görə, plastik cərrahiyyə əməliyyatlarına indiyədək 220 min dollar xərcləyib.
Mənbə: Milli.Az
21 yanvar 2015
GO BACK