Qadin.NET / Azərbaycanda ilin ilk üçəmi doğulub

Azərbaycanda ilin ilk üçəmi doğulub

 

Azərbaycanda ilin ilk üçəmi doğulub

Gəncədə 2015-ci ilin ilk üçəm uşağı dünyaya gəlib.ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, hər üçü oğlan olan körpələr ailənin ilk övladlarıdır. Hazırda körpələrin və ananın sağlamlıq durumu yaxşı vəziyyətdədir.Gəncə şəhər sakini, 23 yaşlı Ramilə Əmrahovanın dünyaya gətirdiyi uşaqlara ad da qoyulub. Onlar Həsən, Məhəmməd və İbrahim adlarını daşıyacaqlar.Körpələr şəhərdəki özəl klinikalardan birində dünyaya gəliblər.Klinikanın baş həkimi Gülnaz Babayeva AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, proses normal keçib və yaxın günlərdə ana və uşaqlar evə buraxılacaqlar.Qeyd edək ki, ötən il Azərbaycanda 2308-i əkiz, 48-i üçəm doğulub.

 

Mənbə: ANS PRESS

21 yanvar 2015
GO BACK