Qadin.NET / Dünyanın ən əcaib, qorxulu balığı tapıldı

Dünyanın ən əcaib, qorxulu balığı tapıldı

 

 

Dünya okeanında, çaylarda və göllərdəki canlı növlərinin tam əksəriyyəti artıq aşkarlanıb, təsniflənib, onların siyahısı tutulub. Lakin dünən dünyanın ən əcaib, qorxulu balıqlarından birinin tapıldığı vurğulanıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Avstraliyanın Leyk Entrans bölgəsindəki göllərdən birində yaşanıb. Balıqçı gəmilərindən birinin toru çəkilərkən köpəkbalığına bənzər balıq da çıxarılıb.Heyrətlənmiş balıqçılar bu ovu alimlərə veriblər.Uzunluğu 2 metr olan balıq 700 metr dərinlikdə yaşayır. Onun ağzında 25 cərgədə 300 diş var.Avstraliyalı ixtioloq və bioloqların dediklərinə görə, bu balıq köpəkbalığı və ilanbalıqlarının ulu əcdadı, 80 milyon il əvvəl yaşamış canlının qalıq formasiyası sayıla bilər.
Mənbə: Milli.Az
21 yanvar 2015
GO BACK